Select Page

SEO Xidməti

SEO xidmeti – axtarış sistemlərindən müştərilər cəlb etmək  və SEO kanalı vasitəsilə satışları artırmağı hədəfləyən bir xidmətdir. Biz bilirik ki,necə saytınızı axtarış sistemlərində ilk səhifəyə çıxara, hədəf trafik gətirə və satışınızı artıra bilərik. Bizdən SEO xidmeti  sifariş etməklə, biznesinizin hədəf və tapşırıqlarına  yönəlmiş hərtərəfli yönəldilmiş saytın kompleks inkişafını görəcəksiniz. Google və Yandex-də SEO xidmeti vasitəsilə  saytların təşviqi axtarış sistemlərindən trafik cəlb edərək satışı artırmağın ən sərfəli üsullarından biridir. Bir saytın ilk səhifələrdə  olması potensial bir müştəri üçün marağını daha da artırır.

SMM Xidməti

Sosial şəbəkələr, müxtəlif sahələr üzrə  bloglar və hətta YouTube gündəlik həyatımızda geniş yer tuturlar. Onlar həm də qərarlarımıza əhəmiyyətli dərəcədə təsir göstərirlər. Facebook, Instagram, Pinterest, LinkedIn-də milyonlarla qeydiyyatdan keçmiş istifadəçi var. Onlar bizim indiki və ya gələcək müştərilərimizdir. Sosial şəbəkələr müştəri ilə dialoq qurmaq, müsbət imic və marka sədaqətini yaratmaq üçün idealdır. Sosial şəbəkələrdə marka təmsilçiliyinin aktiv inkişafı milyonlarla abunəçinizə layihəniz haqqında məlumat vermək üçün bir fürsətdir.

Saytlarin hazirlanmasi

Keyfiyyətli veb sayt satışı artırmağın ən əsas amillərindən biridir. Yüksək keyfiyyətli veb sayt  vasitəsilə biznes özü haqqında və bazardakı payı haqqında məlumat verir. Fərqli veb saytlar arasında böyük fərq var. Bəzi veb saytlar ancaq satışa yönəldilir,  digərləri isə daha fərqli yanaşmadan istifadə edirlər. Bu aşağıdakılardan ibarətdir: istifadəçi yalnız bir məhsul ala bilməz, həm də o məhsul haqqında  məlumatlar, xidmətlər, faydalı məsləhətlər ala bilər. Bu yanaşma, istifadəçilərin veb sayta  qayıtmalarına və dostlarına tövsiyə etməsinə zəmanət verir və bu artıq satışları artırır.

Kontekst reklamı

Kontekst reklamı sayta yeni müştərilərin Google, Bing , Yandex , Youtube  vasitəsilə cəlb edilməsinin ən əlverişli üsullarından biridir. Kontekst  reklamını coğrafi məkana, yaşa, maraqlara, alıcılıq qabiliyyətinə və bir çox digər göstəricilərə görə ehtiyacınız olan auditoriyanı “hədəfə almaq” üçün geniş imkanlara malikdir.