Select Page

Axtarış sistemləri

Axtarış sistemləri

Axtarış sistemi ( və ya axtarış mühərriki) İnternetdə zəruri məlumatları tapmaq üçün hazırlanmış bir kompüter sistemidir.

Nəyisə tapmaq üçün siz sorğunuzu axtarış sistemində daxil etməlisiniz. Sistem müvafiq açar söz və söz birləşmələrinə uyğun nəticələri çıxarıb təqdim edirAxtarış sistemləri ən çox kontent,qrafik şəkillər,onlayn məhsulların tapılması üçün istifadə olunur.Bu gün internetdə bir çox axtarış sistemləri mövcuddur.İlk axtarış sistemi Archie hesab olunur və ftp-də faylların axtarışı üçün istifadə olunur.İlk tekst axtarış sistemi isə Veronica sayılır.Bu gün ən populyar axtarış sistemi Google-dır. Ümumilikdə isə Azərbaycanda Google,Amerikada Bing,Rusiyada isə Yandex axtarış sistemi daha çox istifadə olunur.

Axtarış sistemlərinə giriş necə əldə edilir?

İstifadəçilər üçün axtarış sistemlərinə girişi öz kompüter,telefon,planşet və digər qurğulardan brauzer vasitəsilə əldə edə bilərlər.Bu günki brauzerlərin çoxsu omniboks texnologiyasından istifadə edirlər.Bu texnologiyada brauzerin yuxarısında axtarış üçün tekst mətni yaza bilərsiniz və ya birbaşa linki yazaraq sayta keçid edə bilərsiniz.

Axtarış sistemləri necə işləyirlər?

Bir çox böyük axtarış sistemləri millionlar,bəzən isə milyardlarla səhifələri özlərində saxlayırlar.Bir çox axtarış sistemləri təkcə səhifələri gəzmirlər,həmçinin onların vacibliyindən asılı olaraq nəticələri də göstərirlər.Adətən bu onların alqoritmlərindən asılıdır.

Axtarış sistemlərinin bütün məlumatlarının mənbəyi axtarış robot və skanerləridir.Onlar avtomatik olaraq səhifələri ziyarət edirlər və oradakı informasiyanı indeksasiya edirlər.

Axtarış sistemlərinin növləri

Axtarış  maşınları.

Robotlar daimi olaraq şəbəkələri gəzirlər və özlərində nəhəng sayda internet səhifələrin indekslərini saxlayırlar,proqram təminatı isə axtarışın nəticələrini skan edir. Bir çox müasir axtarış sistemləri bu növə aiddirlər.

İnternet resurların kataloqları.

Bu tip axtarış sistemləri internet səhifələrin siyahısını özlərində  saxlayırlar.Kataloqlar özlərində ünvanı,başlığı, və internet resurs haqqında ümumi informasiyasını saxlayırlar.Kataloqların üstünlüyü odur ki,veb saytları əllə yoxlayırlar və bu da öz növbəsində kontentin keyfiyyətinə təsir edir. Bu halda kataloq axtarış sisteminin nəticələri axtarış maşınlarının nəticələrindən daha yaxşı olacaqdır.

Hibrid sistemlər.

Bu sistemlər özlərində hər iki sistemin xüsusiyyətlərini cəmləşdirir.Belə axtarış sistemlərinə Google,Bing,Yandex misal göstərmək olar.

Metasistemlər.

Bu tip sistemlər özlərinin verilənlər bazası və axtarış indeksi yoxdur.Onlar nəticələri digər axtarış sistemlərinə uyğun olaraq formalaşdırırlar.Bu sistemlər əvvəllər daha çox istifadə olunurdu.

Bütün axtarış sistemləri eyni nəticələri göstərirlər?

Hər bir axtarış sisteminin öz alqoritm və indeksasiya qaydaları var.Ona görə hər bir sistemin sizin sorğunuza uyğun olaraq fərqli cavabları olacaqdır.

Hansı axtarış sistemi ən yaxşısıdır?

Elə bir axtarış sistemi yoxdur ki,digərlərindən yaxşı olsun.Hər bir axtarış sisteminin öz üstünlükləri vardır.Bir çox insanlar üçün ən yaxşı və məşhur axtarış sistemi Google-dur.Microsoft korporasiyasının axtarış sistemi Bing də məşhurdur və bir çox insanlar tərəfindən istifadə olunur. Bing suallara daha dəqiq cavablar verir. Yahoo axtarış sistemi də əvvəlki kimi populyar olmasa da informasiya axtarışı öhdəsindən gələ bilir.

Əgər məqaləni bəyəndinizsə dostlarınızla paylaşaraq dəstək ola bilərsiniz :)

Müəllif haqqında

Ağazair Abdıyev

Google sertifikatlı SEO mütəxəssisi