Select Page

Facebook reklamlarının performansına və effektivliyinə təsir edən 7 kobud səhv və onların həlli.

Facebook reklamlarının performansına və effektivliyinə təsir edən 7 kobud səhv və onların həlli.

Marketinq büdcənizi facebook reklamlarının yediyini,lakin yaxşı performans göstərmədiyini düşünürsünüz? Reklamlarınızın daha yaxşı necə performans göstərəcəyi və biznes planlarınıza necə dəstək olacağı barədə əmin deyilsiniz?

Elə isə bu məqalə tam sizin üçündür! Bu məqaləmizdə reklam performansına təsir edəcək 7 problemi müzakirə edəcəyik.

 

  • Çox az büdcə ilə çoxsaylı Facebook reklamı yayınlamaq.

Daha çox edilən yanlışlardan demək olar ki, birincisidi çox qarışıq reklam hesablarıdır – çox sayda kampaniya, çox sayda reklam qrupları və bir çox reklam və ən önəmlisi hər birinə çox kiçik məbləğdə büdcənin ayrılması. Bu, qarışıqlıq, səmərəliliyin olmaması, yüksək xərclər və son nəticədə aşağı performanslı nəticələrə gətirib çıxarır.

Qeyd – Hansı reklamın, targeting planının(hədəf auditoriya) daha yaxşı performans göstərdiyindən əmin olmaq üçün A\B testindən və Kampanya Büdcə(Campaign Budget Optimization) Optimizasiyasından istifadə edin.

Ən yaxşı performans göstərən auditoriyanı 2-3 reklam qruplarında birləşdirdikdən sonra, artıq rahatlıqla hər bir reklam qrupuna 3-6 reklam yerləşdirə bilərsiniz.

Kampaniyalar adətən minimum büdcə ilə reklama verilir, təklif minimum səviyyədə saxlanılması əlbəttə ki, daha az xərclənməsi baxımından məntiqlidir,lakin bu effektiv strategiya üçün faydalı olmaya bilər. Minimum məbləği təklif etmək əvəzinə, Facebookun sizin üçün təklif etdiyi sizin büdcənizə(hədəf qiymətinizə) yaxın qiymətlərdən faydalana bilərsiniz.

  • Facebookun təklif etdiyi avtomatik yerləşdirmədən istifadə.

Facebook reklamlarınız üçün avtomatik yerləşdirmədən istifadə reklamı tez quraşdırma və bəzən yerləşdirmədə səhvlər etməmək üçün düzgün seçim görünə bilər,lakin yerləşdirməni reklamınızın daha effektiv olması baxımından özünüz etməyiniz daha məqsədə uyğundur. Bundan əlavə reklamının yerləşməsi reklam qruplarının və kampaniyalarının büdcəsinə də təsir edəcəkdir.Avtomatik yerləşdirmə bəzən potansial kütlənizə çatmaq üçün ideal ola bilər, lakin diqqətli olmazsanız büdcənizi düzgün xərcləməyəcəkdir.Yerləşdirmənin büdcənizi boşa xərcləmədiyindən əmin olmaq üçün auditoriyanızın hansı istiqamətdə daha aktiv olduğunu araşdırmalı,reklamdan nə istədiyinizi və hansı yerləşdirmədə bunu əldə edəcəyinizi diqqətlə düşünməlisiniz.

Qeyd – Facebook yerləşdirmələri sonradan düzəldilə bilər.Düzgün strategiyanızı tapmadığınızı və ya xərclənən məbləğin sizi qane etmədiyini düşündükdə Avtomatik yerləşdirməni(Avtomatic Placements) yenidən aktivləşdirə bilərsiniz.

  • Postun üzərində çox yazının olması.

Facebookun 20% qaydasından xəbərdarsınız mı?Belə ki, reklam postlarının sadəcə 20%-ni mətn təşkil etməlidir,əksi təqdirdə reklamlarınız Facebook tərəfindən təsdiqlənməyəcəkdir və ya yenilən qaydaları ilə təsdiqlənsə belə çox aşağı potensial göstərəcək və reklamınız çox az insana göstəriləcəkdir.Siz yaratdığınız postu Facebook`s Text Overlay xüsusiyyətindən istifadə edərək reklam üçün nə qədər uyğun olub olmadığını yoxlaya bilərsiniz.

  • Hədəf auditoriyasının düzgün seçilməməsi.

Facebook reklamınızın dizaynı,başlığı və harada yerləşməsindən asılı olmayaraq əgər düzgün hədəf kütlənizə müraciət etmirsinizsə, həmin reklamınız effektiv olmayacaqdır.Hədəf kütlənizi müəyyənləşdirmək üçün Facebookun təklif etdiyi Auditoriyanın təhlili ( Facebook Audience İnsight) xüsusiyyətindən istifadə edə bilərsiniz.Potensial auditoriyanızın kim olduğunu bir dəfə öyrəndikdən sonra əlaqəli və yüksək performans göstərən reklam yaratmaq daha asan olacaqdır.

  • Auditoriyanın həddindən çox böyük və ya dar hədəflənməsi.

Reklamlarınızı yaradərkən ilkin olaraq hədəflədiyiniz auditoriyanın həcminə baxmalı və sizin strategiyanıza uyub-uymadığını yoxlamalısınız.Hədəfiniz minlərlər və hətta miylonlarla insanları hədəfləyirsə, özünüzə sual verin həqiqətən də bu qədər insana mənim contentim maraqlıdır mı? və bu qədər insana çatacaq büdcə ayıracağam mı? Cavab yoxdursa, hədəf kütlənizi daraldın.

  • Çox aşağı və ya çox yüksək gündəlik büdcənin ayrılması

Bir çox yeni başlayanlar etdiyi yanlışlardan biri də, gündəlik büdcənin kifayət qədər ayrılmaması.Əgər gündəlik büdcəniz həddindən çox azdırsa, potensial auditoriyanıza çata bilməyəcək və reklamınız yaxşı performans göstərməyəcəkdir.Digər bir şəkildə isə, əgər gündəlik büdcəniz həddindən çoxdursa bu zaman büdcənizi boşa xərcləmiş olacaqsınız.

Qeyd – Reklamınızın, digər reklamlara qarşı yarışdığını ve kütlənin arasından fərqlənməli olduğunu unutmayın. 😉

  • Ümumi kampanya tənzimləmələrini anlamadan reklamların verilməsi.

Biznes sahibləri tərəfindən edilən gördüyüm ən böyük səhvlərdən biri və hətta birincisi Facebook Reklam İdarəedicisində (Facebook Ads Manager) seçdikləri tənzimləmələrin mənasını anlamadan etmələri və ya tam əksinə bu tənzimləmələrdən tamamilə xəbərsiz olaraq reklamları yayınlamasıdır. Yalnış tənzimləmələr,parametrlər, reklam yerləşdirmə və optimizasiya büdcənizin boşa xərclənməsinə və ya potensial auditoriyanıza çatmamağınıza səbəb ola bilər.

Əgər məqaləni bəyəndinizsə dostlarınızla paylaşaraq dəstək ola bilərsiniz :)

Müəllif haqqında