Select Page

İnstagram directində çox verilən sualları daha asan necə cavablandırmaq olar? Сəld cavablandırma.(Quick replies)

İnstagram directində çox verilən sualları daha asan necə cavablandırmaq olar? Сəld cavablandırma.(Quick replies)

Müştəriləriniz ilə instagram direct vasitəsi ilə əlaqə qurur,ancaq ümumi sualları cavablandırmanın daha asan yollarını axtarırsınız?

Bu yazımda cəld cavablandırmağının nə olduğunu,necə istifadəsini və ümumi sualları daha asan cavablandırmaqda necə kömək etdiyindən danışacağam.

 

 Cəld cavablandırma(Quick reply) nədir?

Biznes profillər üçün nəzərdə tutulmuş, ümumi və təkrar-təkrar gələn sualları asanlıqla cavablandırmaq üçün əlverişli vasitədir. Belə ki, Facebook Messenger-da mövcud olan bir əlaqə növü,müəyyən bir açar sözlər və ya ifadələr üçün müəyyənləşdirilmiş bir avtomatik cavablandırma deyildir. Sizə gələn sualları oxumalı və özünüz cavablandırmalısınız.Deyə bilərsiniz ki, bəs onda Cəld cavablandırma nə işə yarayır?)

 

Cəld cavablandırmadan istifadə etməyin üstünlükləri.

Əgər sizə eyni suallar tez-tez gəlirsə və vaxt itirmək istəmirsinizsə,bu funksiya sizin üçün çox faydalı ola bilər.Belə ki,

  • Əgər sizin instagram profilinizi digər şəxslər idarə edirsə(smm və ya hər hansı şəxs) ümumi mövzulara, tez-tez verilən, sizin üçün əhəmiyyət daşıyan suallara sizin istədiyiniz və əvvəlcədən müəyyən etdiyiniz cavablar vermə imkanınız olacaq.Hər dəfə cavabları və yalnış məlumat verilib-verilmədiyini yoxlamağa ehtiyacınız qalmayacaq.
  • Əgər instagram profilinizi birdən çox şəxs idarə edirsə, hər kəsin vacib məlumatları düzgün və eyni ifadə etdiyindən əmin olacaqsınız və ən əsası biznesinizin insanlara qarşı tək davranış,cavablama növü və imici(səmimi,hörmətcil və ya sərt) olacaqdır.
  • Texniki səhvlər, xüsusən də rəqəmlər,tarixlərlə bağlı kiçik səhvlər belə böyük problemlərə səbəb ola bilər.Belə potansial problemlərdən qaçınmaq üçün bir qrup və ya özünüzün müəyyən etdiyi dəqiq rəqəmlər,tarixlər və ya sözlərdən hər bir sual üçün istifadə edə biləcəksiniz.
  • Bu xüsusi səbəblərdən əlavə olaraq, ən əsası vaxt itirməyəcək,daha tez cavablandırmalar edəcək və müştərilərinizin razılığını alacaqsınız.

 

Cəld cavablandırmalar necə yaradılır?

Başlanğıc üçün əvvəlki danışıqlarınıza baxıb,hansı sualların daha çox verildiyini müəyyən edə bilərsiniz və ya heç danışığınız yoxdursa özünüz hansı sualların veriləcəyini təxmin edə bilərsiniz.Məsələn, ümumi mövzular iş saatlarınız, ünvanınız, qiymətləriniz və ya tarifləriniz, məhsullarınıza dair məlumatlar və ya bir şey sifariş etmək və ya sizinlə əlaqə saxlamaq üçün ətraflı məlumatlar ola bilər.

Cəld cavablandırma əlavə etmək üçün 3 yol vardır.

  • İlkin olaraq, instagram directində yerləşən +işarəsini basıb, daha sonra 3 nöqtə-dən əlavə edə bilərsiniz. Qarşınızda olan blankda New qucik reply(Yeni cəld cavablandırma) və ya + işarəsinə basın.Yazınızı yazdıqdan sonra √ basın. Unutmayın ki, 15 simvoldan artıq icazə yoxdur. Artıq cəld cavablandırmanız hazırdır.Bir dəfə yaratdıqdan sonra, cəld cavablarını siyahısını görəcəksiniz, bundan sonra + işarəsinə basaraq yenisini əlavə edə bilərsiniz.

 

 

  • Və ya hazır mesajlarınızdan cəld cavablar yarada bilərsiniz. Bunun üçün əvvəlcədən cavablandırdığınız mesajı açın və cəld cavablandırmaya əlavə etmək istdəyiniz mesajın üzərində basın və saxlayın.Açılan blankda Save Quick reply(Cəld cavablandırma yadda saxlayın) yazısına basın.Bundan sonra proses əvvəlki qaydada qeyd etdiyimiz kimidir.
  • Və son olaraq isə, Settings(Tənzimləmələr) bölməsinə daha sonra, Business bölməsinə daxil olub Quick reply(Cəld cavablama) əlavə edə bilərsiniz.

 

Yaratdığımız cəld cavablandırmalardan necə istifə edək?

  • Direct bölməsinə daxil olub, + işarəsinə,daha sonra 3 nöqtəyə daxil olub, qeyd etdiyiniz cavablardan sizə uyğun olanı seçib,üzərinə basdıqda artıq göndərməyə hazırdır).

 

Cəld cavablandırmaları necə silmək və ya editləmək olar?

  • Tənzimləmələr(Settings) hissəsindən Business hissəsinə daha sonra, yenidən Quick Reply(Cəld cavablandırma) hissəsinə daxil olub, silməyi və ya editləməyi istədiyiniz cavablandırmanın üzərində basın.

 

Qeyd: Cəld cavablandırmalar standartlaşdırılmış cavablar olsa da, mesajlarınız suni və avtomatik olaraq səslənməməlidir.Müştəriləriniz səmimiyyətinizə inanmalı və hər birinə ayrı-ayrılıqda vaxt ayırdığınızı və dəyər verdiyinizi anlamalıdır J

Əgər məqaləni bəyəndinizsə dostlarınızla paylaşaraq dəstək ola bilərsiniz :)

Müəllif haqqında