Select Page

İnstagram izləyicilərini və aktivliyini necə artırmaq olar? Strateji plan.

İnstagram izləyicilərini və aktivliyini  necə artırmaq olar? Strateji plan.

İnstagram izləyicilərini artıracaq, qısa zamanda aktivlik qazandıracaq və doğru auditoriyanı cəlb edəcək strategiya axtarırsınız?

Bu yazımda izləyici artımına dəstək olacaq və izləyiciləri potansial müştəriyə çevirəcək strategiyadan bəhs edəcəyəm.

Bu strategiya necə aparılır?

  • Düzgün hashtagların seçilməsi
  • Düzgün filterlərin seçilməsi
  • Doğru zamanda postların paylaşılması
  • Postların unikal və kreativ olması
  • Rəqiblərin mütəmadi analizi
  • Sponsorlu reklamlar və influencerlərlə əməkdaşlıq
  • Local ünvanda postların görülməsi üçün geotaglardan istifadə
  • Storilərin hightlight(önə çıxarılanlar) bölməsində saxlamaq
  • Ardıcıl və
  • İnstagramda trendlərin izlənməsi
  • Giveawaylərin təşkil olunması
  • Müasir tələblərlə ayaqlaşmaq
  • İnstagram toollarından düzgün və tam istifadə
  • Daima statistika və analizlərin aparılması
  • Auditoriyaya qulaq asılması 

     

    Düzgün hashtagların seçilməsi

    Hashtaglar sizi izləməyən,lakin sizin contentlə maraqlanan insanlara heç bir ödəniş etmədən postlarınızın çatdırılması üçündür. Kütlənin arasından fərqlənmək və potensial auditoriyanıza çatmaq üçün düzgün hasthagların istifadəsi çox önəmlidir.

    Hashtaglar seçilməzdən əvvəl onların axtarış miqdarına baxılmalı və milyonlarca axtarış miqdarı olan hashtagların arasında itib-batmaması üçün hər bir contentə uyğun,spesifik hashtaglar seçilməlidir.

    Postlarınızı düzgün olaraq etiketlemek istəyirsinizsə, ən uyğun hashtagləri tapmalı və yalnız markanı təsvir edən hashtaglərdən istifadə etdiyinizə əmin olmaq üçün müvafiq tədqiqat aparmalı, istər instagram axtarış hissəsindən araşdırmalı, istərsə də digər köməkçi vasitələrdən istifadə edilməli.Əlaqəli hashtagları tapmaq üçün ödənişsiz olan Keyword tool və ya Websta –dan istifadə edə bilərsiniz.

    Unutmayın, hər bir post üçün 30 hashtag icazə verilir və bundan əlavə populyar sözlər zamanla dəyişəcəkdir, belə ki ən yaxşı şərtləri istifadə etdiyinizdən əmin olmaq üçün hashtaq açar sözlərinizi bir neçə ayda yenidən nəzərdən keçirin.

    Qeyd: Bəzi marketoloqlar 9 hashtagın istifadə edilməsini daha düzgün strategiya olaraq sayır və daha çox rating(rəğbət) qazandığını qeyd edir.

    Doğru zamanda postların paylaşılması

    Düzgün hashtagların seçilməsindən əlavə, daha da önəmlisi postların düzgün vaxtda paylaşılmasıdır.Bəzi marketoloqlara görə postların çərşənbə axşamı və cümə günləri arasında paylaşılmağını daha məqsədə uyğun sayırlar. Lakin İnstagram Analytics bölməsindən, follow(izləyici) hissəsindən analiz edərək, siz özünüz üçün uyğun zamanı müəyyən edə bilərsiniz.

    Postların unikal və kreativ olması

    Əgər postlarınız kreativ və unikal görünürsə bu izləyicilərin marağını cəlb edəcək, oxuyacaq, rəy bildirəcək hətta çox bəyəndikdə başqaları ilə paylaşacaqdır. İnstagramın nəbzi tamamilə visual mükəmməl görüntülərdir. Daha rəngli rənglərdən və kreativ ideyalardan istifadə etməyə çalışın.

    Rəqiblərin mütəmadi analizi

    Yeni izləyicilər tapmaq və cəlb etmək üçün ən mükəmməl yollardan  biri də, rəqiblərinizin İnstagram hesablarını analiz etmək və onların auditoriyası ilə əlaqə saxlamaqdır. Bu insanlar rəqiblərinizi izlədiyi üçün artıq sizin məhsulunuza,brendinizə maraq göstərən insanlardır və bunun sayəsində sizin potensial müştərilərinizin maraqlarını anlayır və onları qarşılayırsız.

    Sponsorlu reklamlar və influencerlərlə əməkdaşlıq

    Yuxarıda qeyd etdiklərimizlə yanaşı sponsorlu reklamlar və influencerlərlə(blogger) əməkdaşlıqda bir o qədər önəmlidir. Sürətli inkişaf, markanızı geniş auditoriyaya çatdırmaq üçün bu əməkdaşlıqlar vacibdir.

    Başlamaq üçün, siz əvvəlcə öz auditoriyanıza uyğun siyahı hazırlamalısınız. Məsələn beauty product( kosmetik məhsullar) satırsınızsa, bu sahə ilə məşğul olan beauty bloggerlərlə əməkdaşlıq etməlisiniz.Sizə uyğun blogger seçmək üçün sadəcə izləyici sayına deyil,like,rəy və aktivliyə və ən əsası həmin bloggerlə izləyiciləri arasında əlaqəyə və loyallığa fikir verilməlidir.

    Qeyd: Ödənişli postlar,məhsul rəylərindən əlavə olaraq, onlara promo kodları(endirim kuponlar) verərək həm vebsaytınıza traffik qazana, həm də izləyiciləri markanızdan istifadə üçün cəsarətləndirə bilərsiniz.

    Local ünvanda postların görülməsi üçün geotaglardan istifadə

    Geotaglar(məkan etiketləmə) izləyicilərinizə müəyyən bir şəkil paylaşdığınız ünvandan məlumat verir.Əsl məqsəd müəyyən bir məkandan şəkil və məlumat axtaran insanlara paylaşdıqlarımızı çatdırmaq üçündür.Müəyyən edilmişdir ki, geotaglardan istifadə edilən postlar, istifadə edilməyən postlardan 79% daha effektivdir.

    İnstagramda trendlərin izlənməsi

    Trendləri izləyib onlara uyğun postlar paylaşmaq və hashtaglardan istifadə etmək sizi tamamilə ödənişsiz şəkildə geniş auditoriyaya çatdıra bilər.

    Məsələn, əyləncəli bir mövzunu və ya bayramlara əlaqəli postlar hazırlayaraq trendə qoşula bilərsiniz. Müvafiq məzmunu əvvəlcədən hazırlamaq üçün xususi günləri özünüzdə qeyd edin və yerli xəbər portalları və ya Feedly, Google news,/Trends kimi vebsaytlardan məlumat əldə edə bilərsiniz.

    Qeyd: Trendə mənalı şəkildə qoşulduğunuzdan və hədəf auditoriyanızın sizi düzgün anlayacağı və bu tendensiyaya maraq göstərəcəyindən əmin olun.

    Nəticə: İnstagram brendinizi inkişaf etdirmək, vebsaytınıza traffik artırmaq üçün mükəmməldir. Lakin sadəcə profil açmaq və post paylaşmaq kifayət etmir. Əsaslı strategiyalar üzərində işləməli, səbr və səy göstərilməlidir.

     

Əgər məqaləni bəyəndinizsə dostlarınızla paylaşaraq dəstək ola bilərsiniz :)

Müəllif haqqında