Select Page

Instagram sosial şəbəkəsində reklam verməyin üstünlükləri

Instagram sosial şəbəkəsində reklam verməyin üstünlükləri

Bu gün sosial şəbəkələr hər hansı markanın təşviqi üçün ən güclü mexanizmlərdən biridir.Onların arasında instagram son illər xüsusi populyarlıq qazanıb.Aparılan tədqiqətlara  əsasən yalnız instagram sosial şəbəkəsi  istifadəçini digər sosial şəbəkələrə nisbətən daha çox maraqlandırmağa və cəlb etməyə qadirdir.

İnstagram auditoriyası

Hal-hazırda 1 milyardan çox adam Instagramdan istifadə edir: İnstagram sosial şəbəkəsinin istifadəçilərini  həqiqətən böyük hesab edilə bilər. Ona görə də bir çox mütəxəssislər instagramda reklam yerləşdirməyə üstünlük verirlər.Ancaq bütün markalara bu sosial şəbəkədə təşviqat uyğun deyil. Görkəmli vizual kontent  yaratmaq imkanı və seçilmiş bir hədəf auditoriyasının olması böyük əhəmiyyət daşıyır.

Instagramda reklamın əsas üstünləri

  • Hədəflənən reklam digər sosial şəbəkələrə nisbətən daha ucuz başa gəlir. Əsas səbəb rəqabətin aşağı olmasıdır;
  • Abunəçilərin sürətlə böyüməsi. Bir qayda olaraq, hədəf auditoriya abunəçilərin təxminən 40% -ni təşkil edir;
  • Statistikaya görə, instagram istifadəçiləri reklama daha  çox meyllidirlər.Onlar reklam yayımına digər postlara nisbətən 2,5 dəfə daha çox klikləyirlər. Həm də digər sosial şəbəkələrin istifadəçiləri ilə müqayisədə daha çox aktivlik göstərirlər;
  • İnstagramda markalara yüksək sadiqlik;
  • Facebookdan hədəfləmə imkanı;
Əgər məqaləni bəyəndinizsə dostlarınızla paylaşaraq dəstək ola bilərsiniz :)

Müəllif haqqında

Ağazair Abdıyev

Google sertifikatlı SEO mütəxəssisi