Select Page

Kontekst reklamı

Konteksti reklamı, hədəf  müştərilərin müştərinin veb saytına cəlb edilməsinin ən sürətli və təsirli yollarından biridir. Belə bir satış kanalından iqtisadi böhran olanda belə istifadə olunur. Adətən reklam büdcələri böhran vaxtı kontekst reklamı üçün daha çox təyin olunur.

Kontekst reklamın digər internet marketinq alətlərindən əsas fərqi reklamların xüsusi seçiciliyidir və bu qabiliyyət sizə  məhsulunuzu tanıtmaq üçün bahalı üsullardan imtina etməyə imkan verir.

Mətn reklamları və ya bannerlər  şəklində parlaq, cəlbedici reklam mesajları yalnız məhsul və xidmətlərinizlə maraqlanan istifadəçilər üçün görünür.

Kontekst reklamın şübhəsiz üstünlüyü reklam kampaniyasının tez başlaması və ilk günlərdə zənglərin olmasıdır. Kontekst reklamı sifarişçisi  reklamın gedişatı və nəticələri haqqında ətraflı məlumat ala bilər  və yerləşdirilməsini tənzimləyə bilər ki, daha çox  maraq yaradan  reklam kampaniyalarına daha çox pul ayırsın . Reklamların mövzusu istifadəçi istəklərinə uyğun olur və onu bezdirmədiyinə görə neqativ fikir yaratmır.

Proqnozların şəffaflığına görə biz müəyyən edə bilirik ki,bu və ya digər məhsul və xidmətlər üçün nə qədər istifadəçilər sayta keçid ediblər.

Kontekst reklamına  başlamaq üçün ciddi böyük reklam büdcələri lazım deyil.  Ən az büdcələr ilə belə effekti görə bilərsiniz.

Kontekst reklamı adətən 2 yerə bölünür : axtarış və tematik. Onların fərqi odur ki, axtarış reklamı istifadəçi sorğularına uyğun olaraq axtarış sistemlərinin  nəticələrində, tematik  isə müvafiq saytlarda göstərilir. Bu şəkildə təqdim edilən bloklar çox vaxt əlavə məlumat kimi çox asanlıqla qəbul edilir.

Çevik parametrlər sayəsində hər zaman məlumatı – açar sözlər, mətnlər, bölgələr, ekran vaxtı və onlarla digər seçimləri dərhal tənzimləyə bilərsiniz.

Sizə ən əlverişli şərtlərlə Yandex.Direct və Google AdWords-da kontekst reklamı xidmətləri təklif edirik. 

Əgər suallarınız qalıbsa və ya sizdə bizim Kontekst reklamı yararlanmaq istəyirsinizsə onda o zaman ya əlaqə forumu doldurun yada bizə zəng edin.