Select Page

Saytın daxili SEO optimizasiyası

Saytın daxili SEO optimizasiyası

Saytın daxili optimallaşdırılması – saytın  kontentinin  axtarış sistemlərinin  tələblərinə uyğun olan vəziyyətə gətirmək üçün kompleks işlərdir.

Daxili optimallaşdırma həmçinin digər amillərə də kömək edir:

  • Saytın naviqasiyasını yaxşılaşdırmağa;
  • proqram kodunda səhvləri aradan qaldırmağa;
  • istifadəçilərin saytdan istifadəsini rahatlaşdırmağa

SEO optimallaşdırmadan sonra sayt istifadəçilərin tələblərinə daha uyğun olur. Beləliklə, Bing,Yandex,Google  axtarış sistemlərində daha yüksək mövqe tutma imkanı əldə edir!

Daxili SEO optimizasiya  üçün nə olmalıdır?

İlk növbədə həyata keçirilməli olan ən vacib məsələlər aşağıdakılardır :

  • veb saytın səhifələrinin texniki təhlili;
  • səhifələrdə  mövcud problemlərin axtarışı və aradan qaldırılması yollarının müəyyən edilməsi;
  • proqram kodunun düzgünlüyünün  yoxlanılması;
  • semantik nüvənin hazırlanması;
  • meta teqlərin hazırlanması;
  • seo yönümlü kontentin yazılması;
  • saytın müxtəlif səhifələri arasında əlaqələr qoyulması;
  • robots.txt faylının yoxlanılması və dəyişikliklərin edilməsi;

Onlayn mağaza üçün daxili optimizasiya üçün həmçinin  dizaynın yenilənməsi və istifadənin rahatlığını artırılması daxil ola bilər. Məsələn, internet maqazinin istifadəçilərinə lazımdır ki,məhsulların qiymətlərini və xarakteristikalarını görsünlər,digər məhsullarla müqayisə edə bilsinlər.Həmçinin bu işlərə saytın tez yüklənməsi üçün görülən işlərdə daxildir.Təcrübəmə əsasən onu deyə bilərəm ki,istifadəçilər saytın açılması üçün uzun müddət gözləmək istəmirlər.Əgər 2-4 saniyə ərzində səhifə açılmadısa onlar saytı tərk edirlər.
Həmçinin tez-tez işlər loading pages sürətini artırmaq daxildir. Təcrübəmiz göstərir ki, müasir istifadəçilər veb səhifənin yüklənməsi üçün uzun müddət gözləmək istəmirlər. 2-4 saniyə sonra brauzerdə açılmırsa, qonaqlar siteyi sadəcə bağlaya və rəqiblərinə gələ bilərlər.

Saytın daxili SEO optimizasiya üçün nə qədər vaxt lazımdır?

Saytın daxili optimizasiyası  saytda mövcud olan səhifələrin sayından, mövzusundan, naviqasiya xüsusiyyətindən və s asılıdır. Hər bir halda hər proyektə individual yanaşırıq və ən yaxşı həll üsulları təklif edirik. Daxili optimallaşdırma bir neçə gündən bir neçə ayadək davam edə bilər. Çünki , Azərbaycan reallığında saytlar çox vaxt bərbad halda yığılır.

Əgər suallarınız qalıbsa və ya sizdə bizim SEO xidmətimizdən yararlanmaq istəyirsinizsə onda o zaman ya əlaqə forumu doldurun yada bizə zəng edin.

Əgər məqaləni bəyəndinizsə dostlarınızla paylaşaraq dəstək ola bilərsiniz :)

Müəllif haqqında

Ağazair Abdıyev

Google sertifikatlı SEO mütəxəssisi