Select Page

Saytların Google axtarış sistemində təşviqi

Saytların Google axtarış sistemində təşviqi

Dünyada axtarış sistemlərində göndərilən sorğuların 70%-i Google axtarış sistemdə axtarılır. Saytınızın Google-da  təşviqi üçün nə qədər güc sərf etsəniz şirkətiniz internetdə bir o qədər populyar olacaq. Axtarış sistemləri yeni müştərilərin cəlb olunmasına səbəb olur və bu da biznesin gəlirlərini artırır.

Niyə hamı Google axtarış sistemində TOP-10  mövqədə olmaq istəyirlər?

Google axtarış sistemində birinci səhifədə ancaq 10 sayt yerləşdirilir.Hər bir şirkət ilk 10-luqda olmaq istəyir ,  əks halda alıcılar və müştərilərin veb sayta keçməsi şansı çox azdır.Statistikaya görə istifadəçilər ən çox birinci səhifəyə baxırlar.Çox nadir hallarda birinci səhifədə lazımı məlumatı tapmayan istifadəçilər 2 və 3-cü səhifələrə keçirlər.

Google axtarış sistemində saytın təşviqinin özəllikləri :

Unikal kontent.

Əgər sizin saytda maraqlı,strukturlaşmış,keyfiyyətli və unikal kontent varsa,bu sizin biznesə uğur qarantiya edir.Faydalı məlumatlarla doldurulmuş saytlar çox vaxt Google axtarış sistemində ilk səhifələrdə olurlar.

Saytın sabitliyi və səmərəliliyi.

Təcrübəmiz göstərir ki,sayt stabil olmursa onda o google axtarış sistemində mövqələrini itirəcəkdir. Hosting-in işində problem varsa o təcili həll olunmalıdır.

Xarici əlaqələrin olması.

Google-da saytın mövqeyinin artırılması üçün xarici əlaqələrə diqqət yetirilməlidir.

Domen yaşı.

Domenin yaşı nə qədər çox olarsa o zaman google axtarış sistemində bir o qədər tez qalxacaq.Google axtarış sistemində hətta xüsusi sandbox filtri var.O filtrə görə yeni domenlərin top çıxarışda çıxmasının qarşısını alır.

Meta-teqlərin keyfiyyəti.

Google axtarış sistemlərində saytın təşviqi üçün açar sözlər,title və description düzgün seçilməlidir.Bu üsulla istifadəçilər də saytı daha rahat tapırlar.

Saytın mobil telefonlara görə adaptasiyası.

Sirr deyil ki,mobil telefon və planşetlərdən internetə çıxış edən istifadəçilərin sayı günü gündən artmaqdadır.Ona görə də artıq google axtarış sistemi mobil avadanlıqlara görə adaptasiya olan saytalara  daha çox üstünlük verir.

Google axtarış sistemində təşviq zamanı tez-tez buraxılan səhvlər

Saytın məzmunu unikal deyildir. Veb saytı insanlar üçün unikal,faydalı,məlumat xarakterli kontentlə doldurmaq lazımdır. Google  digər veb saytlardan köçürülən kontentə mənfi reaksiya verir. Belə olan halda saytın təhlükəsiz təşviqindən əlinizi üzün. Kontentin unikallığını yoxlamaq üçün xüsusi proqramlardan istifadə olunur.

Xarici linklərin keyfiyyəti qeyri-qənaətbəxşdir. Aşağı keyfiyyətli web saytlardan keçidləri silmək lazımdır.Əgər konkurentlər sizin sayta mənfi reputasiyalı saytlardan linklər göndərsələr sizin sayt pis indeksləşəcək.

Açar söz və söz birləşmələrinin çoxluğu. Saytı təşviq edərkən çoxlu açar sözlərdən istifadə etməyə ehtiyac yoxdur.Belə yanaşma Google axtarış sistemində saytın pozisiyalarının enməsinə səbəb olur.Ən pis halda sizin sayt Google filtrnə düşür və filtrdən çıxmaq isə çox çətindir.Ona görə əvvəlcədən düzgün SEO təşviqdən istifadə etmək lazımdır.

Saytda həddən artıq reklamın yerləşdirilməsi. Saytı həddən artıq reklamla doldurmaq lazım deyil.Bu insanları əsəbləşdirir və bu axtarış sistemləri tərəfindən mənfi qarşılanır.

Google axtarış sistemində saytın təşviqinin əsas mərhələləri

Veb saytın auditi. İlk mərhələdə biz sizin saytı başdan ayağa analiz edirik.Google axtarış sistemində təşviqə mane olan səhvlər tapılır və bu problemlərin həll olunması üçün sizin proqramçıya brief verilir.

Semantik nüvənin müəyyən olunması.Saytın məzmununa uyğun olaraq biz ona uyğun ən optimal açar sözlərin tapılmasını həyata keçiririk. Açar sözlər və ifadələr seçilməsinin keyfiyyəti birbaşa müştərilərin və müştərilərin sayını təsir edir.

Landing səhifələr. Hər bir qrup açar sözlərinə uyğun olaraq biz müvafiq landing səhifələri müəyyən edirik.Lazım olsa proqramçıya yeni landing page yaradılması ilə bağlı brief verilir.

Daxili optimizasiya. Satın daxili optimizasiyanı həyata keçiririk. Saytda tapılan səhvlər,meta teqlərin və sürətə təsir edən səhvlərin düzəldilməsi ilə bağlı brieflər verilir.

Xarici optimizasiya. Bu zaman xarici linklərin sayı və keyfiyyəti barədə analiz aparırırq.Əgər keyfiyyətsiz linklər tapılıbsa onları Google Console-da bağlayırıq.Həmçinin sizin saytın xarici link çəkisi artırılır.

Rəqiblərin saytlarının analizi. Sizin rəqibləriniz  saytları  analiz edilir. Onların linkləri,açar sözləri,dizaynı müqayisə edilir.Bunları nəzərə alaraq veb saytınızı  yaxşılaşdırırq. Belə yanaşma satışın artmasına kömək edir.

Hesabat.Görülən işlərlə bağlı hesabat verilir.Hesabatlara baxmaqla  sizin saytın nə dərəcədə effektiv təşviq olunduğu ilə tanış ola bilərsiniz.

SSH Agentliyi   biznesinizi internetdə təşviq etmək üçün etibarlı tərəfdaşdır. Saytdakı nömrə ilə əlaqə saxlayın   və ya saytdakı istək formasını doldurun . Biz sizin saytı  sürətli,keyfiyyətli və çox sərfili qiymətə yüksək mövqələrə çıxaracağıq. 

Əgər məqaləni bəyəndinizsə dostlarınızla paylaşaraq dəstək ola bilərsiniz :)

Müəllif haqqında

Ağazair Abdıyev

Google sertifikatlı SEO mütəxəssisi