Select Page

Seo audit və veb saytın analizi

Seo audit və veb saytın analizi

Hər hansı bir veb saytdakı problemləri aşkar etmək üçün aparılan sayt analizi  SEO auditi adlanır. Əgər bu problemlər həll olunmadan qalsa, onda  saytın kontentinin indexsləşməsi və axtarış sistemlərində çıxmasında  maneə törədir. Audit nəticəsində həmçinin aydın olur ki, resurs və istifadəçi arasındakı qarşılıqlı əlaqə nə dərəcədə rahatdır..

Hər bir veb sayt ilk baxışda mükəmməl görünsə də həqiqətdə texniki səhvlərə malikdir. Əgər ilkin mərhələdə bu texniki problemlər aradan qaldırılsa onda onun effektivliyini daha da artırmaq mümkündür.

 

Bir qayda olaraq SEO auditinin aparılması nə üçün vacibdir?

  • Veb saytın  təhlili onun internetdə sonrakı təşviqat üçün hazır olmasını təmin edir. Çox vaxt sayt yaradıcıları axtarış sistemlərində  irəliləmə qaydalarını nəzərə almırlar.
  • SEO audit başdan saytda hansı problemlərin olmasını müəyyən edir. Problemlər inkişafın  müxtəlif mərhələlərində yarana bilər. Buna misal olaraq  axtarış sistemlərində  trafik düşməsi və mövqelərin itirilməsini misal göstərmək olar. Bu problemlərin əsas səbəbini bilmək üçün seo auditdən istifadə etmək lazımdır.
  • SEO auditi sifarişi etməklə saytın təkmilləşdirilməsi mümkündür . Bəzən də elə olur ki,sizin veb sayt qaydasında işləsə də siz daha trafik,mövqelər,müştərilər əldə etmək istəyirsiniz. Bu halda sizin veb saytın təhlili və rəqiblərin veb saytlarının təhlili effektiv nəticə göstərir.

SEO analizini sifariş etmək nə vaxt  lazımdır?

1)Siz veb saytınızı təşviq etməyə başlamısız. İlkin mərhələlərdə səhv etmə riski daha çoxdur.Audit sizə  ən düzgün təşviq strategiyasının seçilməsi ilə bağlı kömək edəcək.

2)Veb saytın  təşviqi istənilən nəticəyə gətirib çıxarmır.Məsələn siz  Google Adwords ilə reklama çoxlu pullar xərcləyirsiniz amma nəticəsini görmürsünüz. SEO audit problemlərin müəyyənləşdirilməsini və gələcək inkişafı təmin edir.

3) Sizin saytınız axtarış sistemlərinin filtrlərinə düşmüşdür. Bu halda, saytın auditi sanksiyalardan çıxmasına, resursun ilkin mövqelərinin qaytarılmasına və onların təkmilləşdirilməsinə kömək edəcəkdir.

SEO auditin əsas mərhələləri

  • Texniki səhvlərin axtarışı. Saytın təhlili imkan verir ki,hosting və proqram kodunun işində səhvləri müəyyən edək. Problemlər müəyyən edildikdən sonra saytın təşviqi üçün təcili həll olunmalıdırlar.
  • SEO auditinin həyata keçirilməsi. Bu mərhələ saytın daxili  optimallaşdırılmasını nəzərdə tutur.
  • İstifadəyə rahatlılığın analizi. Bu zaman saytın istifadəçilər üçün nə dərəcədə rahat olması müəyyən olunur.

Əgər suallarınız qalıbsa və ya sizdə bizim SEO audit xidmətimizdən yararlanmaq istəyirsinizsə onda o zaman ya əlaqə forumu doldurun yada bizə zəng edin.

Əgər məqaləni bəyəndinizsə dostlarınızla paylaşaraq dəstək ola bilərsiniz :)

Müəllif haqqında

Ağazair Abdıyev

Google sertifikatlı SEO mütəxəssisi