Select Page

SEO xidməti və saytın optimizasiyası

Bu günki gündə heç bir şirkət saytsız keçinmir. Saytın əsas hədəfi istifadəçilərin marağını çəkməkdir ki, mümkün qədər çox insanlar saytda təqdim edilmiş  mallarla və xidmətlərlə tanış olsun və nəyisə almaq istəsin. Amma əgər web sayt axtarış sistemlərində yüksək mövqedə deyilsə, istifadəçilər sayt barədə xəbər tutmaya bilərlər.SSH şirkəti saytların SEO optimizasiyası və axtarış sistemlərində irəliləyişi ilə məşğul olur.Bu da öz növbəsində, sizin biznesinizə daha müvəffəqiyyətli olmağa kömək edəcək.

SEO nədir? 

SEO irəliləyiş – axtarış sistemlərində saytın birinci sətirlərə doğru irəliləyişidir. SEO-un sayəsində istifadəçi Google,Yandex və digər axtarış sistemlərində  müəyyən edilmiş əsas sorğular üzrə saytı daha tez tapa biləcək. Nəticədə mümkün müştərilərin sayta gəlişinin artmasına görə də şirkətin gəliri artacaq.Əgər siz axtarış sistemində sorğunu daxil edəcəksinizsə, məsələn, lg televizor almaq, onda ilk  mövqelərdə SEO-ya  pul xərcləyən  şirkətlərin saytlarını görəcəksiniz. 

Axtarış sistemlərində saytın effektiv irəliləyişi saytla ciddi məşğul olmaq  və səhifələrin məzmununun yaxşılaşması hesabına resursun konversiyasının səviyyəsini əhəmiyyətli dərəcədə artırır. Saytın konversiyası – bu şirkət üçün faydalı hərəkətlər etmiş  istifadəçilərin(məsələn hansısa bir xidmət almış)   saytın ziyarətçilərinin ümumi miqdarına nisbətidir. SEO xidmətinin  köməyi ilə siz internetdə öz biznesini irəli çəkirsiniz. Həmçinin saytın tanınması uzunmüddətli olur.

Axtarış sistemlərində saytın effektiv irəliləyişi üçün aşağıdakıları etmək lazımdır:

  • Semantik nüvənin yaradılması. O, sizin web saytınızın mövzusuna uyğun axtarış sorğularını özündə birləşdirir;
  • Uyğun  kontentlə saytın doldurulması. Resursun bütün səhifələrində sizin potensial müştərilərinizin axtarış sorğularına uyğun olaraq  ən uyğun  informasiya təqdim olunmalıdır;
  • Saytın daxili səhvlərinin aradan qaldırması. Onlar web saytın  səhifələrinin indeksləşdirilməsinə  və saytın düzgün qiymətləndirilməsinə mane ola bilərlər;
  • Saytın xarici optimallaşdırması. Saytın xarici optimallaşdırılmasının mahiyyəti ondan ibarətdir ki,sizin saytınıza xarici saytlardan istinadların yerləşdirilməsidir.Bu cür  optimallaşdırma nəticəsində mümkün müştərilərin ən böyük sayı internetdə sizin şirkətinizi tapa biləcək;
  • Daxili optimallaşdırma.Daxili optimallaşdırma nəticəsində istifadəçilər sizin saytdan daha rahat istifadə edə biləcəklər və Google bunu qiymətləndirir.
  • Nəticələrin analizi. Görülən işlərin effektliyi daima analiz etmək lazımdır.

SEO xidməti və SEO optimizasiyasının faydaları

  • Saytın effektiv uzunmüddətli tanınmasını təmin edir.Əgər media  və kontekst reklamı müvəqqəti effektivlik göstərirlərsə , onda SEO irəliləyiş uzunmüddətli perspektivə yönəldilmişdir;
  • Çoxlu müştərilərin  cəlb edilməsi. Əgər sayt axtarış sistemlərinin ilk mövqələrindədirsə , böyük ehtimal var ki, istifadəçilər ə sizin şirkətin təklifi daha maraqlı olacaq;

SEO xidməti haqqında daha ətraflı

Saytın texniki auditi.

Işin ilk və ən məsuliyətli hissəsidir.İlkin SEO audit zamanı saydakı bütün səhvlər və texniki problemlər müəyyənləşdirilir.Sizin saytın  metateqlərin (title, description) tərtib edilməsinin düzgünlüyü,səhifələrin yükləməsi sürəti, istinad linklərin  işləmək qabiliyyəti yoxlanılır.

Semantik nüvənin tərtib edilməsi.

Saytın irəliləyişi təmin etmək üçün əsas açar sözlər müəyyən olunur.Daha böyük hədəf kütləsini əhatə etmək üçün müvafiq söz və söz birləşmələri müəyyən olunur.

Saytın daxili optimallaşdırmasının  SEO xidməti üçün rolu.

Bu mərhələdə səhifələr arasında daxili linklənmənin  düzgünlüyü yoxlanır, təkrar  səhifələr yığışdırılır, naviqasiyanın rahatlığı qiymətləndirilir və s. Bu ölçülər istifadəçilərin saytdan rahat istifadəsinə imkan yaradır;

Daxili kontentin  yaradılmasının SEO xidməti üçün rolu.

Saytın optimallaşdırılması üçün mətnlər  unikal, asan oxunan və yaxşı strukturlaşmış olmalıdır.Mətnlərdə  müəyyən tezliklə açar sözlər və ifadələr istifadə edilməlidir. Yaxşı SEO-mətnlər  axtarış sistemlərinin mövqələrində səhifələrin nəticəsini yaxşılaşdırmaqdan əlavə,həm də məhsulların satılmasında yardımçı olur.

Saytın istifadəsinin rahatlığının analizi SEO xidməti üçün rolu.

Saytın irəliləyişi saytdan istifadənin rahatlığı artırılmadan mümkün deyil.Saytın naviqasiyası, səhifələrin yerləşməsi , şriftin və mətnlərin formatlaşdırılması və digər spesifik aspektlər təhlil olunmalıdır. Analizdən sonra  konkret tövsiyələri saytda olmalı və lazımlı informasiyanın axtarışı rahat edə biləcək tövsiyələr veriləcəkdir.

Saytın xarici optimallaşdırmasında SEO xidməti üçün rolu.

 Sizin saytınıza nə qədər xarici mənbələr(digər saytlardan)   istinad edərsə bir o qədər saytınızın nüfuzu artır.Tədricən sizin saytın istinad linklərini artıracağıq.

Analitik alətlərin SEO xidməti üçün rolu.

Google Analytics və digər web analitika xidmətləri çox faydalı informasiyalar əldə etmək olar. Analitik alətlər vasitəsilə   saytın irəliləyişi və görülən işlərin effektivliyini izləmək asan olar. Bu məlumatlar biznesin sonrakı inkişafında da  mütləq kömək edəcək.

 

Əgər suallarınız qalıbsa və ya sizdə bizim SEO xidmətimizdən yararlanmaq istəyirsinizsə onda o zaman ya əlaqə forumu doldurun yada bizə zəng edin.