Select Page

SMM strategiyanın hazırlanması mərhələsində buraxılan səhvlər

SMM strategiyanın hazırlanması mərhələsində buraxılan səhvlər

Azərbaycanda əhalinin 40%-dan çoxu sosial şəbəkələrdən istifadə edir. Onlar hər gün bir neçə saat keçirərək şəkillərə baxır,postları oxuyurlar. Hər bir biznesin də sosial şəbəkələrdə yeri olmalıdır.

SMM(Social Media Marketing) sosial şəbəkələr vasitəsilə təbliğat deməkdir. SMM vasitəsilə şirkətlər məhsul və xidmətlərini sosial şəbəkələrdə satırlar. Sosial şəbəkələr  vasitəsilə brend,məhsullar haqqında informasiya paylaşılır,istehlakçılarla ünsiyyət qurulur.Biznesin sosial şəbəkələrdə təşviqi satışı artırır və sizi daha populyar edir.Ancaq aşağıdakı səhvləri smm strategiya planlayarkən buraxmayın.

SMM strategiyanın şirkətin ümumi marketinq strategiyasından fərqlənməsi

Bir çox şirkətlər öz dəqiq marketinq hədəfini formalaşdırmamış sosial şəbəkələrdə biznesin təşviqinə başlayırlar. Onlar bu platformada öz hədəf auditoriyası ilə danışırlar və bütün fikirlərini bu kanala yönəldirlər. Belə SMM yanaşması səhifənin statistikasına,bəyənmələr və paylaşımlara əsaslanır. Amma bəyənmə və paylaşımların satışı artırması və biznesə kömək etməsi sual altındadır.

SMM strategiya əvvəldən biznesin əsas hədəflərinə uyğun olmalıdır. Əks halda siz sosial şəbəkələrin effektivliyini görməyəcəksiz. Əgər sizin brendin  sosial şəbəkələrdə elə belə  olmasını istəyirsinizsə bu başqa məsələ.Onda sizə sosial şəbəkələrdən xeyir gəlməyəcək.

SMM strategiyası şirkətlərə ona görə lazımdır ki,aşağıdakıları əldə etsinlər:

  • Şirkətin tanıtımı
  • Sayta trafik
  • Satış və abunəçilər
  • Müştərilərdən əks əlaqə
  • Mediada markaya istinadlar

SMM strategiyanın həyata keçirilməsi ilə qeyri peşəkərlar məşğul olması

Sosial şəbəkələrdən biraz başı çıxan və ya SMM haqqında nəsə oxuyan adamlara sizin brendin sosial şəbəkə akkaunt və səhifələrini idarə etməyi etibar etmək düzgün deyil. Siz sosial şəbəkələrdə nəinki  iştirak etməlisiz,həmçinin düzgün təqdim etməlisiniz.

Sosial şəbəkələrin idarə olunması üçün əvvəlcə sizin xidmət və məhsullar tam öyrənilməlidir. Ancaq SMM menecer düzgün cəzbedici kontent plan,qrafik postlar,auditoriyaya yanaşma,sosial şəbəkələrdə aktivlik yarada bilər.

İdeal yanaşma belədir : Siz biznes sahibi kimi biznes barədə SMM menecerlə paylaşılası mövzüları,məhsulların üstünlükləri,təşviq strategiyasını müzakirə etməlisiniz. SMM menecer isə əldə etdiyi informasiya nəticəsində sosial şəbəkələr üçün strategiya hazırlayır.

SMM strategiyasını ancaq bir sosial şəbəkə ilə məhdudlaşdırmaq

Sosial şəbəkələrdə biznesin uğurlu təşviqatı üçün bütün kanallardan istifadə etmək lazımdır. Əgər siz ancaq facebookda varsınızsa onda siz İnstagram sosial şəbəkəsinin auditoriyasını itirirsiniz. Bəzi brendlər hətta youtube üçün də video-kontent hazırlayır və Periscope vasitəsilə onlayn translayasiya açırlar. Nə qədər çox sosial şəbəkələri əhatə etsəniz bir o qədər çox auditoriyanı əhatə etmiş olacaqsınız.

Sosial şəbəkələrin ancaq marketinq üçün istifadə olunması

Sosial şəbəkələr çox güclür alətdir.Reklamdan başqa bir çox məqsədlər üçün də istifadə oluna bilərlər.Onların vasitəsilə HR menecerlər iş elanı verərək işçilər də tapa bilərlər.Analitiklər və marketoloqlar sosial şəbəkələri auditoriyanın araşdırılması və seqmentasiya üçün istifadə edə bilərlər. Sizin istifadəçiləriniz varsa onların profilləri ilə maraqlana bilərsiz ki,onlar hansı qrup və səhifələrə üzv olublar.Onlar nə ilə maraqlanırlar,nə ilə maraqlanmırlar.Bu çox faydalı məlumatlardır.Bunun nəticəsində siz auditoriyanıza maraqlı təkliflər verə bilərsiniz.Əgər auditoriya aktivdirsə onda sual cavablar da edə bilərsiniz.

Darıxdırıcı kontent

Sosial şəbəkələrdə təşviq üçün daima maraqlı kontentlər yaradılmalıdır.Postlar istifadəçiləri brendlə ünsiyyət qurmağa motivasiya etməlidir. Bəyənmə,repost və rəylər hədəf olmasa da,amma onlarsız sosial şəbəkələr atılmış görünürlər.

Istifadəçilərin sizin postları paylaşmağını istəyirsizsə,həmçinin yeni istifadəçilərin sizin abunəçiviz olmasını istəyirsinizsə postarınız üçün maraqlı mövzular axtarın.

Həddən artıq reklam

Əgər sizin sosial şəbəkə başdan ayağa sizin məhsul və ya şirkətin reklamı ilə doludursa onda  heç kəs sizə abunə olmayacaq. Ancaq özü haqqında danışan insanlar heç kəsə maraqlı deyil.

Abunəçilərlə danışmamaq

Sosial şəbəkələrinizdə yazılan suallar  və rəylar cavabsız qoyulmamalıdırlar. Çünki,sosial şəbəkələr elə ona görə sosial şəbəkə adlandırılıb ki,burada hamı ünsiyyət qurur.Əgər sosial şəbəkələrinizdə istifadəçilər aktivlik göstərmirlərsə onda onu yaratmaq lazımdır.Periodik olaraq səhifədə  yerləşdirmək lazımdır :

  • açıq suallar
  • məhsul haqqında suallarla bağlı yarışlar
  • ayın ən aktiv istifadəçilərinə hədiyyələr
  • rəylər yarışmaları

Sosial şəbəkəni daimi olaraq istifadə etməmək

Əgər biz bu gün vaxtımız var deyə 10 post paylaşsaq amma səhəri gün heç nə paylaşmırıqsa bu böyük səhvdir.Biznesin təşviqi üçün gündəlik olaraq postlar paylaşılmalıdır.

Əgər suallarınız qalıbsa və ya sizdə bizim SMM xidmətimizdən yararlanmaq istəyirsinizsə onda o zaman ya əlaqə forumu doldurun yada bizə zəng edin.

Əgər məqaləni bəyəndinizsə dostlarınızla paylaşaraq dəstək ola bilərsiniz :)

Müəllif haqqında

Ağazair Abdıyev

Google sertifikatlı SEO mütəxəssisi