Select Page

Sosial media marketinq(SMM) nədir və marketinq hədəflərinizə çatmaqda necə kömək ola bilər?

Sosial media marketinq(SMM) nədir və marketinq hədəflərinizə çatmaqda necə kömək ola bilər?

Sosial media marketinq(SMM) nədir və marketinq hədəflərinizə çatmaqda necə kömək ola bilər?

Sosial media marketinqi bütün ölçülü müəssisələrin perspektivləri və müştərilərinə çatması üçün güclü bir yoldur. Müştəriləriniz artıq sosial media vasitəsilə digər markalarla qarşılıqlı əlaqə qurur və İnstagram,Facebook və digər şəbəkələrdə auditoriyanızı dinləmir,onlarla əlaqə qurmur və ya hədəf auditoriyanızın tələblərini, gözləntilərini analiz etmirsinizsə, uduzursunuz).Sosial mediada güclü marketinq strategiyaları qurmaq sizin biznesinizə böyük uğurlar gətirə, brend loyallığı yarada və hətta satışlarınızda artışa səbəb ola bilər.

  • Sosial media marketinq nədir

  • Sosial media marketinq hədəfləri necə müəyyən edilməli

  • Sosial media marketinq hədəflərinizə çatmaqda necə kömək ola bilər.

Sosial media marketinq nədir?Yaxşı bir SMM, markalaşma və marketinq məqsədlərinə nail olmaq üçün sosial media platformalarında online varlıq və məzmunun yaradılması, paylaşılmasını əhatə edən onlayn marketinq formasıdır.Sosial media marketinq mətn və şəkil paylaşımları, videolar və auditoriyanın hədəflərinə müraciət edən digər məzmunu, həmçinin ödənişli sosial media reklamı kimi fəaliyyətləri əhatə edir.

Aşağıda, biznesinizin sosial(online) vəziyyətinin yaxşılaşdırılmasına kömək edə biləcək sosial media marketinqinin bir neçə aspektini qeyd edirəm.

Hədəflərinizi müəyyən edərək başlayın.

Sosial media marketinq kampaniyaları yaratmağa başlamazdan əvvəl biznesinizin məqsədlərini və hədəflərini müəyyənləşdirin. Hədəflərinizi nəzərə almadan sosial media marketinq kampaniyasına başlamaq, bir xəritə olmadan meşə ətrafında gəzib itmək deməkdir.

Sosial media marketinq kampaniyanızı və hədəflərinizi müəyyən etmək üçün özünüzə aşağıdakı sualları verin:

  • Sosial media marketinqindən istifadə edərək nəyə nail olmaq istəyirsiniz?
  • Hədəf kütləniz kimdir?
  • Hədəf kütləniz hansı platformalardan istifadə edir?
  • Hədəf kütlənizə nə çatdırmaq istəyirsiniz?
  • Hədəf kütlənizin sizin sahənizdən tələbləri və maraqları nələrdir?
  • Rəqibləriniz hansı strategiyalardan istifadə edir?

Hədəflərinizi müəyyən etdikdən sonra sosial media marketinq aşağıdakı kimi bir sıra hədəflərinizə çatmaqda kömək edə bilər:

  • Veb-sayta trafikin artırılması
  • Marka tanıtımı
  • Brendinizə qarşı loyallıq yaratmaq
  • Əsas auditoriyanızla ünsiyyət və qarşılıqlı əlaqələrin yaxşılaşdırılması
  • Müştərilərinizi dinləmə və tələblərini,maraqlarını anlama
  • Daha yaxşı müştəri məmnuniyyəti
Əgər məqaləni bəyəndinizsə dostlarınızla paylaşaraq dəstək ola bilərsiniz :)

Müəllif haqqında

Ağazair Abdıyev

Google sertifikatlı SEO mütəxəssisi