Select Page

Sosial mediada diqqət çəkən başlıqlar necə yaradılmalı!

Sosial mediada diqqət çəkən başlıqlar necə yaradılmalı!

Məqalələrinizdə və ya reklamlarınızda daha artıq klikləmə və geri dönüş almaqda çətinlik çəkirsiniz?

Çox güman ki, başlıqlarınız diqqətçəkici,məzmuna uyğun yazılmayıb və ya ən önəmlisi başlıqlarınız tamamilə reklam məzmunlu görünür.Bəzən ən yaxşı blog yazanlar belə, bu mövzuda xətalar edə bilirlər.

                “Bir reklam nə qədər az bir reklam,lakin daha çox məqalə kimi göründüyü zaman oxucular dayanar,baxar və oxuyar.”

                      © David Ogilvy (Ogilvy&Mather reklam şirkətinin qurucusu)

Sual yarana bilər ki,daha çox klik cəlb edən başlıqlar necə yazılmalı? İlkin olaraq aşağıda sadalananlara fikir verməli⇓

Başlıqlarınız

  • Diqqət cəlb edir mi? – Yeni bir məqalə yaradarkən ilkin olaraq etməli olunan ona oxuyucunun diqqətini çəkəcək və oxumağa təşviq edəcək düzgün sözlərin əlavə olunmasıdır.
  • Müəyyən bir auditoriyanı hədəfləyir mi? – Beynimiz bizi araşdıran, bizə müraciət edən və əsasən bizə öz maraqlarımız əsasında yönləndirilmiş mesajları qəbul etmək üçün daha çox maraqlıdır. Məhz buna görə də, düzgün auditoriyaya doğru sözlərlə müraciət etməli,onların maraqlarını qarşılayacaq başlıqlar seçilməli.
  • Konkret məzmun daşıyır mı? – Daha spesifik yanaşmalar diqqət çəkmək və inam yaratmaq üçün ümumi və qeyri-müəyyən yanaşmalardan daha çox rəğbət qazanır. Belə ki, “Mükəmməl nəticələr əldə edin” əvəzinə “Balaca bir addımla 140,2% qazanc əldə edin” qeyd etmək daha məqsədə uyğundur.
  • Başlıq məzmunu ifadə edir mi? – Oxucunun sadəcə diqqətini çəkmək kifayət etmir, başlıq eyni zamanda diqqətini çəkdikdən sonra contentə daxil olması üçün, daxil olduqda onu nə gözlədiyini və ən əsası nə üçün daxil olmasını əks etdirməlidir.
  • Qısa və anlaşılan dildərdir mi? – Oxucuların qarşısına çıxan content çoxluğunu və uzun, sıxıcı mətnlərə vaxt ayırmadığını nəzərə alaraq, başlıqlar qısa və anlaşılan dildə təsvir olunmalıdır.Bəzən başlığın effektiv olması üçün aktual və qəliz satış cümlələrinə ehtiyacınız yoxdur,yuxarıda qeyd etdiyimiz kimi, auditoriyadan asılı olaraq başlıqları daha gündəlik danışıq dilində və səmimi yazmaq kifayətdir.
Əgər məqaləni bəyəndinizsə dostlarınızla paylaşaraq dəstək ola bilərsiniz :)

Müəllif haqqında